Şəmkirdə arxda kişi meyiti aşkarlandı

semkirde-arxda-kisi-meyiti-askarlandi
Oxunma sayı: 1831

Şəmkirdə arxda kişi meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, meyit şəhər ərazisində fəaliyyət göstərən restoranların birinin yaxınlığından keçən arxda aşkar edilib.

Meyit tibbi ekspertizaya aparılıb. Şəxsiyyəti və ölüm səbəbi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev