Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ" markalı avtomobillə "Qazel" markalı yük avtomobilin toqquşması nəticəsində 4 nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli