Şəmkirdə avtomobillər toqquşdu, ölən var

semkirde-avtomobiller-toqqusdu-olen-var
Oxunma sayı: 1993

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Qafqazinfo"nun məlumatına əsasən, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - 1984-cü il təvəllüdlü Ramiz Qəhrəmanov aldığı xəsarətdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

***
BMW və VAZ markalı avtomobillər toqquşub. 

Ölən R. Qəhrəmanov VAZ markalı avtomobilin sürücüsüdür.