Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanıldı

semkirde-avtoxuliqanliq-eden-sexs-saxlanildi
Oxunma sayı: 601

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, rayon sakini Tural Hüseynov özünəməxsus “Niva” markalı avtomobili saxta qeydiyyat nişanı və qanunla qadağan edilmiş səs siqnalı ilə idarə edərək avtoxuliqanlıq edib.

Sürücü saxlanılaraq avtomobili müvəqqəti duracağa yerləşdirilib, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T. Hüseynov 20 gün inzibati qaydada həbs olunub.