Şəmkir şəhəri, 20 Yanvar küçəsində bazar ərazisində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Yanğın nəticəsində ümumi sahəsi 2340 m² olan bazar ərazisində bir-birinə bitişik sahəsi 130 m² olan müxtəlif təyinatlı 8 mağazanın yanar konstruksiyaları yanıb.
Yüksək temperaturdan bitişik tikilən iki mağazanın lambirdən ibarət tavanı 14 m² sahədə əriyib.


Son xəbərlər
Son Xəbərlər