Şəmkirdə bədbəxt hadisə - Piyada elektrovozun altında qaldı

semkirde-bedbext-hadise
Oxunma sayı: 1339

Aprelin 6-da 18 radələrində Şəmkir dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə elektrovozla Şəmkir rayon sakini Seyidməmməd Heydərov vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, xəstəxanaya yerləşdirilmiş S.Heydərov orada ölüb.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.