Şəmkirdə bəhməz çəkən qadın yandı

semkirde-behmez-ceken-qadin-yandi
Oxunma sayı: 1422

Şəmkir sakini bəhməz çəkən zaman yanıq xəsarəti alıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini 1957-ci il təvəllüdlü Əliyeva Anaxanım Ağamməd qızı həyətində bəhməz çəkən zaman qaynar qazan onun üzərinə aşıb. Yanıq xəsarəti alan qadın xəstəxanaya çatdırılıb.

Vəziyyətinin kafi  olduğu bildirilir.

Elmar Əli