Şəmkirdə bıçaqlanma

semkirde-bicaqlanma
Oxunma sayı: 1626

Şəmkirdə bıçaqlanma hadisəsi olub. 

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Sabirkənd kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Əlihəsən Əbülfət oğlu qarın nahiyəsinin kəsilmiş- deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub, vəziyyəti orta ağır qiymətləndirilir.

Ə. Əliyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli