Şəmkirdə yanğın hadisəsi baş verib.
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə quru ot və kol-kos yanır.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Şəmkir rayonunun Mahmudlu kəndində iki hektar biçilməmiş taxıl sahəsi və ağaclar yanıb. Taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər