Şəmkirdə ər arvadına kəsici alətlə xəsarətlər yetirdi

semkirde-er-arvadina-kesici-aletle-xesaretler-yetirdi
Oxunma sayı: 2577

Şəmkirdə 39 yaşlı qadına əri tərəfindən xəsarət yetirilib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü A.Babayevanı həyat yoldaşı ailədaxili münasibətlər zəminində döyüb, daha sonra qol nahiyəsindən kəsici alətlə xəsarətlər yetirib.

Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev