Şəmkirdə ər arvadını bıçaqladı

semkirde-er-arvadini-bicaqladi
Oxunma sayı: 1681


"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 23 radələrində Şəmkir rayonun Çinarlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 30 yaşlı Ramilə Zeynalova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər Ramilə Zeynalovaya ilkin tibbi yardım göstəriblər və bıçaq daxilə nüfuz etmədiyindən yaralı evə buraxılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.