Şəmkirdə evdə yanğın, 1 nəfər tüstüdən zəhərləndi

semkirde-evde-yangin-1-nefer-tustuden-zeherlendi
Oxunma sayı: 742

Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 168 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində mətbəx mebeli 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Qafqazinfo"ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.