Şəmkirdə fərdi izahetmə-xəbərdarlıq işləri davam etdirilir - Fotolar

semkirde-ferdi-izahetme-xeberdarliq-isleri-davam-etdirilir
Oxunma sayı: 1748

Şəmkir rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə 28 mart 2020-ci il tarixdən etibarən mobil qruplar yaradılıb.

“Qafqazinfo”nun məlumatına görə, #EvdəQal aksiyasında qrup üzvləri təhkim olunduğu ərazilərdə olan insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini davam etdirirlər.

Mobil qrup üzvləri arasında Şəmkir RİH əməkdaşları, könüllü gənclər, idmançılar, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların Hərbi Qulluqçuları daxil edilib. Eyni zamanda RİH başçısının inzibati ərazi nümayəndələri, bələdiyyələr, habelə digər dövlət qurumlarının əməkdaşları da mobil qrupların tərkibinə daxil edilib.

Qruplarda olan hər bir gənc xüsusi fərqləndirici formalar, nişanlar və qoruyucularla təmin edilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın əsas məqsədi dünyanın bəlasına çevirilən, insan həyatı üçün təhlükə olan koronavirusla mübarizədə bütün xalqımızı bir olmağa, həmrəy olmağa, bəşəriyyətin bəlasına çevrilən virusu yaymamaq üçün evdə qalmağa dəvət etməkdir.