Şəmkirdə fermaya basqın olub

semkirde-fermaya-basqin-olub
Oxunma sayı: 1739

Noyabrın 19-da saat 3 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisindəki fermaların birindən 8 baş inəyin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, fermanın gözətçisi izahatında şəxsiyyəti məlum olmayan 4 nəfərin ona hədə-qorxu gələrək inəkləri aparmasını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat tədbirləri ilə oğurluğun Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Vəliyev tərəfindən bir qrup şəxslə birgə törədilməsi müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilib ki, onlar oğurlanmış inəkləri Tovuz rayon sakini F.İbrahimova satıb, sonuncu isə heyvanları həmyerlisinə məxsus “QAZel” markalı avtomobilə yükləyib aparıb. İnəklər tapılaraq sahibinə qaytarılıb.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Vəliyev və qrupun digər üzvləri - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Sinisin və R.Moskalyov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.