Şəmkirdə iki avtomobil toqquşdu - Ölənlər var

semkirde-iki-avtomobil-toqqusdu
Oxunma sayı: 2225

Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.

"Qafqazinfo" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər Tovuz rayon sakini ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Unikal.az-ın məlumatına görə, qəzada ölən Ceyhun Ağarzayev Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) olub.

Yunis Quliyev