Şəmkir rayonunda iki bacı bıçaqlanıb.
"Qafqazinfo" xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev münaqişə zəminində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhlanı bıçaqlayıb. O, bacıların hər ikisinə qarın boşluğundan bıçaq zərbəsi endirib.
G.Alıyev Şəmkir RPŞ Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər