Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edildi

semkirde-iki-neferi-oldurmek-isteyen-sexs-hebs-edildi
Oxunma sayı: 1937

Şəmkir rayon prokurorluğu mayın 9-da rayonda baş vermiş silahlı insidentlə bağlı açıqlama yayıb.

Rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, həmin tarixdə, saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.