Şəmkirdə kafedə qaz balonları alışdı, yanğın oldu

semkirde-kafede-qaz-balonlari-alisdi-yangin-oldu
Oxunma sayı: 1042

Şəmkirdə kafedə yanğın olub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan 2 ədəd məişət qaz balonunda ani alışma baş verib. Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.