Şəmkirdə “KamAZ” avtomobillə toqquşdu - Ölənlər var

semkirde-kamaz-avtomobille-toqqusdu
Oxunma sayı: 2268

Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində baş verib.

Qəza nəticəsində iki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli “KamAZ” markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ-2106”da olan sürücü və sərnişinlərdən biri ölüb.

Digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda digər ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Yunis Quliyev