Şəmkir rayon Gənclər İdman İdarəsindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, icra başçısı Alimpaşa Məmmədovun göstərişi ilə uzun illər suvarılmasında problemlər yaranmış rayonun Ceyrançöl ərazisinə Kür çayından 9 km məsafədə 730 mm diametrli boru ilə su çəkilmiş, minlərlə hektar əkilməmiş torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib. Bununla yanaşı Respublikada pilot layihə kimi şəhər, qəsəbə və kənd bələdiyyələrinin nəzdində ayrı-ayrılıqda 40-dan çox Məhdud Məsuliyyətli Cəmiyyətləri yaradılıb və bu işlərə rayon sakinləri yaxından cəlb edilib.
İcra başçısının təşəbbüsü ilə Şəmkir rayon Gənclər və İdman İdarəsi bu işlərdə yaxından iştirak edərək, rayon gənclərinin işsizlik problemlərinin həlli məqsədi ilə “Gənclər təsərrüfatlarının” yaradılmasına başlanılıb.
Son xəbərlər
Son Xəbərlər