Şəmkirdə maşın aşdı, ölən var - Foto

Şəmkirdə maşın aşdı, ölən var
Oxunma sayı: 1086

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan “Chevrolet Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sərnişin 1969-cu il təvəllüdlü Asəf Cəfərov ölüb, sürücü Göygöl rayon sakini, 1957-ci il təvəllüdlü Müzəffər Şabanov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

 

 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi