Şəmkirdə maşın qarda batdı, 4 nəfər xilas edildi

semkirde-masin-qarda-batdi-4-nefer-xilas-edildi
Oxunma sayı: 1573

FHN əməkdaşları qarda qalan maşın çıxarıb.

"Qafqazinfo" xəbər verir ki, Şəmkir rayonun Qasımalılar kəndində “ВАЗ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərə köməklik göstərilib.