Şəmkirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
“Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, şəhər sakini 1983-cü il təvəllüdlü Şəhla Məmmədova dərman zəhərlənməsi əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər