Şəmkirdə qadın meyiti tapıldı

semkirde-qadin-meyiti-tapildi
Oxunma sayı: 2129

Şəmkirdə üzərində xəsarət izləri olan qadın meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb:

“Kənd sakini, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə üzərində xəsarət əlamətləri olan meyiti aşkarlanıb. Dərhal Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib. Faktla bağlı polis əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Amin Nəzərli