Şəmkirdə qaz sobası partlayışa səbəb oldu

semkirde-qaz-sobasi-partlayisa-sebeb-oldu
Oxunma sayı: 1172

Şəmkirdə qaz sobasının partlaması nəticəsində ev sahibi xəsarət alıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə rayonun Keçili kəndində baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü Natiq Əsədov yaşadığı evdə sönmüş sobanı yandırmaq istəyərkən partlayış baş verib. Hadisə zamanı N.Əsədov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Elmar Əli