"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, avqustun 7-də saat 22 radələrində Şəmkir rayonu Düyərli kəndinin ərazisində Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakinləri Dinarə Bayramovanı, onun azyaşlı oğlu Fəqanı və azyaşlı qızı Gültacı vurmuşdur. Uşaqlar hadisə yerində ölmüş, Dinarə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər