Şəmkirdə qəza oldu

semkirde-qeza-oldu
Oxunma sayı: 1610

Şəmkir rayonunun Çinarlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “VAZ” markalı iki avtomobil toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.