Şəmkirdə qəza - Sürücünün qolu amputasiya edildi

Şəmkirdə qəza
Oxunma sayı: 1500

Şəmkirdə ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Kür qəsəbəsi istiqamətində “Vaz 2106” markalı avtomobillə yük maşını toqquşub. Avtomobilin sürücüsü Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri ilə özəl klinikaların birinə yerləşdirilib. Həkimlər sürücünün qolunu amputasiya etməli olublar.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi