Şəmkirdə qəza - Xəsarət alanlar var

semkirde-qeza
Oxunma sayı: 7113

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun Yasamal adlan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində üç nəfər-1999-cu il təvəllüdlü Fəxri Adilzadə, 2001-ci il təvəllüdlü Günel Əliyev və 1970-ci il təvəllüdlü Xanım Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.