Şəmkirdə qəzada ölən 3 nəfərin kimliyi bilindi

semkirde-qezada-olen-3-neferin-kimliyi-bilindi
Oxunma sayı: 3453

Dünən axşam saatlarında Şəmkir rayonunda baş verən ağır qəzada ölən şəxslərin kimliyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində “QAZ 3110” markalı avtomobillə “Qazel” markalı yük maşını toqquşub.

Nəticədə “QAZ 3110” markalı avtomobildə olan Şəmkir rayon sakinləri - 1989-cu il təvəllüdlü Ramil Məmmədov, 1983-cü il təvəllüdlü Aydın Əliyev və 1964-cü il təvəllüdlü Bəhmən Cəfərov hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd