Şəmkirdə şəhid Ələmdar Ələkbərovun büstünün açılışı olub - Fotolar

semkirde-sehid-elemdar-elekberovun-bustunun-acilisi-olub
Oxunma sayı: 1720

28 May - Respublika Günündə Şəmkir rayonunda daha bir şəhidin xatirəsi ehtiramla anılıb.

"Qafqazinfo" xəbər verir ki, rayonun Abbaslı kəndində şəhid Ələmdar Bayram oğlu Ələkbərovun adını daşıyan məktəbin həyətində şəhidin büstünün açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən icra başçısı prezident İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Bu gün Azərbaycan xalqı müstəqil və suveren bir dövlətdə yaşayırsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır.

Şəhid ailələrinin üzvləri də Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və sayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə edərək razılıqlarını bildiriblər.