Şəmkirdə sevgililərin faciəli aqibəti

semkirde-sevgililerin-facieli-aqibeti
Oxunma sayı: 2294


“Qafqazinfo”nun xəbərinə görə, Şəmkir rayon Prokurorluğundan bildirilib ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Aşağı Seyfəli kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Seyfəddin Eldar oğlu Qarayev qeyri-rəsmi nikahla yaşadığı kənd sakini, 1984-cü il təvəllüdlü Bəsti Cəbrayıl qızı Zeynalovaya odlu silahdan atəş açıb. Sonra S.Qarayev həmin silahla özünü güllələyib. Bəsti Zeynalova aldığı güllə yarasından hadisə yerində ölüb. Seyfəddin Qarayev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Yaxınlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdiyi məlumata görə, S.Qarayev psixi xəstəlikdən əziyyət çəkirmiş və əvvəllər bu xəstəlikdən müalicə alıb.

Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.