“Qafqazinfo” xəbər verir ki, toplantıda iştirak edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və digər iştirakçılar “Sağlam ailə modelinin” formalaşdırılması istiqamətində müzakirələr aparıblar. A. Məmmədov Azərbaycan prezidentinin ölkədə uğurla apardığı gender bərabərliyi siyasətindən, məişət zorakılığına və erkən nigahların bağlanmasına qarşı apardığı işlərdən söz açıb.
Çıxış edən toplantı iştirakçıları tədbirin xüsusi əhəmiyyətini vurğulayaraq, Şəmkir rayonunda məişət zorakılığına və erkən nigahların bağlanmasına qarşı əməli mübarizəyə başlamağın vacibliyini qeyd ediblər.
Son xəbərlər
Son Xəbərlər