Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olundu

semkirde-toy-eden-sexsler-mesuliyyete-celb-olundu
Oxunma sayı: 1475

Şəmkir rayonunda toy edənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qılıncbəyli kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.