Şəmkirdə üç uşaq anası özünü asdı

semkirde-uc-usaq-anasi-ozunu-asdi
Oxunma sayı: 2527

Şəmkir rayonunda intihar hadisəsi baş verib. 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb.
 
Kənd sakini, 1987-ci il təvəllüdlü Aygün Hüseynova yaşadığı evdə özünü asaraq intihar edib. A. Hüseynovanın 3 azyaşlı övladı var.
 
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Məlumata görə, Hüseynovlar ailəsinin maddi durumu həddən artıq ağırdır.
 
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.