Şəmkirdə yanğın olub

semkirde-yangin-olub
Oxunma sayı: 842

Şəmirdə yanğın hadisəsi olub. 

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, rayonun Çinarlı qəsəbəsində ümumi sahəsi 120 m² olan köməkçi tikilinin tavanı 80 m² sahədə və 3 ədəd pəncərə çərçivəsi yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.