Şəmkirdə yaşayış evində yanğın olub.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ələsgərli kəndində baş verib.
Üç otaqlı evin yanması nəticəsində bir qadın yanaraq ölüb, iki nəfər, 1978-ci il təvəllüdlü Əhmədov Zöhrab və onun övladı, 8 yaşlı Rüstəm yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.
Hazırda Şəmkir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
***
Şəmkir rayonunda yaşayış evində baş verən yanğın zamanı ölən qadının kimliyi bəlli olub. "Qafqazinfo"nun verdiyi xəbərə görə, Ələsgərli kəndində evin yanması nəticəsində 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızı vəfat edib. İlkin məlumata görə, yanğın qısaqapanmadan baş verib.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər