Şəmkirdə yol qəzası - 3-ü uşaq olmaqla 5 nəfər yaralandı

semkirde-yol-qezasi
Oxunma sayı: 788

Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.
 
“OKA” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri azyaşlı olduğuna görə Gəncədə yerləşən 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, iki qadın isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.