Bu gün axşam saat 21.00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. "Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobili ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb.
Hələlik sürücülərin kimliyi və dünyasını dəyişənin şəxsiyyəti məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
***
APA-nın məlumatına görə, qəzada iki nəfər həlak olub. VAZ 2106 minik avtomobilinin sürücüsü, 1969-cu il təvəllüdlü Mürvət Məmmədov və sərnişin, 1971-ci il təvəllüdlü Rafiq Verdiyevdir.
Onların hər ikisinin Şəmkir sakinləridir.
Son xəbərlər
Son Xəbərlər