Bu gün Şəmkir rayonunda güclü partlayış səsləri eşidilib. Ərazidə yaşayan sakinlər səslərdən narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, partlayış səsləri hazırda Seyfəli poliqonunda aparılan utilizasiya işləri ilə bağlıdır.
Belə ki, işğaldan azad edilmiş ərazilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar poliqonda təhlükəsiz şəkildə partladılaraq məhv edilir.
Sakinlərin narahatlığı üçün heç bir əsas olmadığı bildirilib.
Həmçinin oxuyun: Sabiq polis arvadını bıçaqladı, bir neçə saat sonra sərbəst buraxıldı - Foto
Son xəbərlər
Son Xəbərlər