Şəmkirdəki qəzada ər və arvad öldü - Yenilənib

semkirdeki-qezada-er-ve-arvad-oldu
Oxunma sayı: 3663

Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, rayonun Yeni Həyat kəndi ərazisində "Mercedes" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2106" markalı maşında olan iki nəfər həlak olub. Onların şəxsiyyəti müəyyənləşdirilir.

***

Hadisə yerində ölənlər 1936-cı il təvəllüdlü Əkəbərov Əli Tağı oğlu və onun həyat yoldaşı 1954-cü il təvəllüdlü Əkbərova Gülvar Qoşqar qızıdır. 

Murad Əhməd