Şəmkirin baş həkimi işdən çıxarıldı

semkirin-bas-hekimi-isden-cixarildi
Oxunma sayı: 3138

Səhiyyə naziri Oktay Şirəliyevin əmri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov vəzifəsindən azad edilib.

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, hələlik bu vəzifəyə yeni təyinat yoxdur, müvəqqəti olaraq vəzifənin icrası baş həkimin müavini Ayaz İbrahimova həvalə olunub.

Məlumatı Şəmkir Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər.