“Eurovision” məşqlərinin ilk dörd günü uğurla tamamlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün isə təmsilçimiz Səmra Rəhimli “Globen Arena” səhnəsində sayca ikinci məşqini edəcək.
Müğənni 20 yarışma iştirakçısı arasında 14-cü sırada səhnəyə çıxacaq, mahnısını canlı ifa edəcək.
Xatırladaq ki, S.Rəhmili ilk məşqində səhhətində problem yaranmış, mahnısını xaric oxumuşdu.
Media ekspertləri müğənninin canlı ifasını 5 bal dəyərində qiymətləndirmişdilər.
Qeyd edək ki, S.Rəhimli müsabiqədə ölkəmizi “Miracle” mahnısı ilə təmsil edəcək. “Eurovision 2016”nin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfınalı 12-də, final isə 14-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər