Müğənni Səmra 8 Mart Beynəlxalq Qadınlar Günü öncəsi yeni “Kraliça” adlı mahnısını təqdim edib.
"Qafqazinfo" xəbər verir ki, ifaçının sözlərinə görə, mahnı özünə güvənən, öz ayaqları üstündə durmağı bacaran qadınlara həsr olunur. “Bu mahnı hatelərdən bəhs edir - saxta gülüş, saxta həyat. Bu mənim 8 martda bütün kraliçalara həsr etdiyim musiqili hədiyyəmdir" - deyə o, qeyd edib.
Səmra bildirib ki, “Kraliça” mahnısını uzun müddətdir repertuarında saxlayır və parlayacağı vaxtı gözləyirdi: Mahnı İsveç bəstəkarları ilə işbirliyimin məhsuludur. Bəstəkarlar Erik Dalqvist, Dino Medanhodzic , Yoanna Yansson, mahnının produsseri Dino Medanhodzicdir .
Qeyd edək ki, çox yaxında Samra ilk musiqili albomunu təqdim edəcək.
Son xəbərlər
Son Xəbərlər