Səmra küsülü olduğu Samirəyə söz atdı

semra-kusulu-oldugu-samireye-soz-atdi
Oxunma sayı: 3355

Dörd il əvvəl “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli sosial şəbəkədəki statusları ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, gənc ifaçı 2016-cı ildə “Səs Azərbaycan”da birgə yarışdığı, “Eurovision- 2020” iştirakçısı Samirə Əfəndiyə instaqramda söz atıb. O, 2018-ci ildə “Jara” musiqi festivalında istifadə etdiyi obrazdakı fotosunu paylaşaraq “hərdən dəbi dəyişirəm, dəb də sizi dəyişir” şərhini yazıb.

Bununla da, Səmra həmkarının  “Kleopatra” klipindəki obrazının ondan götürüldüyünü iddia edib. Rəhimli, xüsusilə də diqqəti özəl çəkmələrə yönləndirməyə çalışıb.

Bundan əlavə, Səmra Samirənin “Kleopatra” adlı mahnı oxuyacağı şayiələri yayıldıqdan qısa müddət sonra instaqramda video paylaşaraq 2019-cu ildə sözügedən adda musiqi ifa etdiyini, lakin hələ işıq üzü görmədiyini bildirib.

Qeyd edək ki, Samirə və Səmra arasında soyuqluq “Səs Azərbaycan” layihəsində başlayıb. Finala qalan hər iki xanım böyük qalmaqal yaşayaraq münasibətlərinə nöqtə qoyub.