Ukraynada istirahət edən müğənni Səmra Rəhimli sosial şəbəkədə maraqlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanı “Eurovision- 2016”da təmsil edən ifaçı “Kiev River Port”da özünü çaya atıb.
Sənətçi həyəcanlı anlarını instaqramda izləyiciləri ilə bölüşüb və belə şərh yazıb:“Unudulmaz hissdir. Çoxunuz məndən soruşduz ki, bu, qorxuludur? Əvvəlcə, mən də qorxdum, razı olmadım. Amma düşündüm ki, bunu etməsəm peşman olacam. Çox sevinirəm ki, bu addımı atdım”
Son xəbərlər
Son Xəbərlər