Azərbaycanı “Evrovision 2016” musiqi yarışmasında təmsil edəcək Səmra Rəhimlinin promo turlarına start verilib.
“Qafqazinfo”nun məlumatına görə, azərbaycanlı təmsilçinin Avropa turnesi Rusiyanın paytaxtı Moskvadan başlayıb.
Səmra “Eurovision pre-party Moskva 2016” konsertində çıxış edib. Həmyerlimiz “Miracle" musiqi parçasını ilk dəfə canlı ifa edib.
Qeyd edək ki, İsveçdə keçiriləcək 61-ci “Eurovision” mahnı müsabiqəsində ölkəmiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Son xəbərlər
Son Xəbərlər