“Sən heç vaxt ana olmağı dayandırmırsan” - Fotolar

sen-hec-vaxt-ana-olmagi-dayandirmirsan
Oxunma sayı: 3863

98 yaşlı ana 80 yaşlı oğluna qulluq etmək üçün qocalar evinə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, söhbət Ada Kitinq və onun oğlu Tomdan gedir.

Tom 2016-cı ildə İngiltərənin Liverpul şəhərində yerləşən “Moss View” qocalar evinə yerləşdirilib. O, təqaüdə çıxmamışdan öncə rəssam kimi çalışıb. Adanın Tomdan başqa olan 3 uşağı  - Barbara, Marci və Canet vəfat edib.

Ana və oğul hər işi birgə görməyə öyrəşiblər və onlar bir-birindən ayrı qalmır.

“Mən hər gün Tomun otağına gedirəm, ona “gecən xeyirə qalsın” və “sabahın xeyir” deyirəm. Əgər mən saçımı düzəltmək üçün salona gedirəmsə, o məni gözləyir və qayıdanda məni qarşılayaraq qucaqlayır”, deyə 98 yaşlı ana bildirir.

“Mən şadam ki, anam artıq burada yaşayır. O, mənə qulluq edir, hətta bəzən “özünü yaxşı apar” deyir. Mən isə ona deyirəm ki, “Sən heç vaxt ana olmağı dayandırmırsan”, deyə Adanın oğlu qeyd edir.