Sənan Qurbanovdan qələbə şərhi

senan-qurbanovdan-qelebe-serhi
Oxunma sayı: 1296

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun finalında “Sumqayıt”ı məğlub etdikləri oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, Qurbanov, 2:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Final hər zaman gərgin olur. Bura qədər uzun yol qət etdik, stresli günlərimiz oldu. İnandıq və futbolçuları psixoloji hazırlamağa çalışdıq. Hər zaman demişəm ki, bu işin qarşılığında uğurumuz olacaq. Klub prezidentini, futbolçuları təbrik edirəm. Titul qazanmaq yaxşı hissdir. Əlbəttə, xoşbəxtəm. Gələcəklə bağlı hələ bir şey deyə bilmərəm. Vəziyyətə baxacağıq, zamanla hər şey bilinəcək”.