Senatda Trampın impiçmenti prosesi fevralın 8-dən sonra başlayacaq

Senatda Trampın impiçmenti prosesi fevralın 8-dən sonra başlayacaq
Oxunma sayı: 810

ABŞ Konqresinin Senatında ölkənin sabiq Prezidenti Donald Trampın impiçmenti prosesi fevralın 8-dən sonra başlayacaq.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Senatdakı demokrat çoxluğun lideri Çak Şumer bildirib.

Onun sözlərinə görə, yanvarın 25-də Trampın impiçmenti haqqında qətnamə Senata təqdim ediləcək.

Şumer qeyd edib ki, bundan sonra ittiham və müdafiə tərəfi iki həftə ərzində Senatda qarşıdakı prosesə hazırlaşa və öz rəylərini xüsusi sənədlərdə rəsmiləşdirə biləcəklər.